Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ləğv edilmiş dövlət orqanlarındakı vakant vəzifələrlə bağlı müsahibələr keçirilməyəcək

Tarix: 15-01-2019 20:23     Baxış: 3219 A- / A+
Ləğv edilmiş dövlət orqanlarındakı vakant vəzifələrlə bağlı müsahibələr keçirilməyəcək

Ləğv edilmiş dövlət orqanlarında olan vakant vəzifələrlə bağlı elan edilən ümumi müsahibələr üzrə qeydiyyat və keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Manevr.az
xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən metbuat.az-a verilən məlumata görə, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib. Bu səbəbdən Nazirlik tərəfindən 04 yanvar 2019-cu il tarixdə elan edilmiş ümumi müsahibəyə təqdim edilmiş vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb. Həmin vəzifələr üzrə müraciət etmiş namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli digər Fərmanı ilə Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi də ləğv edilib. Bununla əlaqədar olaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən 27 noyabr 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə həmin Katiblikdə olan vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar