Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

Tarix: 15-01-2019 19:02     Baxış: 3332 A- / A+
Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

“Arif Alışanovun vəzifədən azad edilməsi düzgün qərardır”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a AzTV rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunması haqqında danışarkən tanınmış telejurnalsit, professor Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, bu qərar 12 il əvvəl verilsə, daha yaxşı olardı:

“Mən Arif Alışanov haqqında fikirlərimi çoxdan demişəm. Azərbaycan Televiziyası kimi tarixi ənənələri olan bir televiziyada Arif Alışanov kimi qeyri-peşəkar, yarıtmaz adamın uzun müddət rəhbər olması düzgün deyildi. Ona görə, ölkə başçısının bu qərarını alqışlayıram”.

Qeyd edək ki, Qulu Məhərrəmli və Arif Alışanov arasında 2016-cı ildən bəri davam edən məhkəmə prosesi medianın gündəminə çevrilmişdi.

Tərəflər arasında narazılıq Q.Məhərrəmlinin həmin ilin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədə AzTV-ni tənqid etməsindən sonra yaranıb.

Həmin müsahibədən sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.

Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib.

Qeyd edək ki, A.Alışanovun Q.Məhərrəmliyə qarşı cinayət işi açılması ilə bağlı iddiası jurnalistin xeyrinə nəticələnmişdi.

Lakin uzun sürən prosesin nəticəsində Yasamal Rayon Məhkəməsi 2017-ci il fevralın 13-də tərəflərin məhkəmə çəkişməsinə xitam verib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar