Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Çörəyin bahalaşmasının qarşısını necə almaq olar?

Tarix: 14-01-2019 21:57     Baxış: 3207 A- / A+
Çörəyin bahalaşmasının qarşısını necə almaq olar?

Xəbər verdiyimiz kimi, Azərbaycanda un və ondan hazırlanan şirniyyat məhsullarının qiyməti artıb.

2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpik artan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb. Ekspertlər bunu qonşu ölkələrdə buğdanın qiymətinin qalxması ilə əlaqələndirirlər.

İqtisadçı Natiq Cəfərli təklif edir ki, bahalaşmanın qarşısını almaq üçün gömrük və vergi rüsumları ilə bağlı yeni qərarlar qəbul edilə bilər. Belə ki, ölkədə istehsalı az olan və ya olmayan, olması da yaxın illərdə mümkün görünməyən malların gömrük rüsumları və vergiləri aşağı salına bilər.

Sözügedən təklifin reallaşmasının mümkünlüyü ilə bağlı deputat Fəzail Ağamalı bildirib ki, çox güman ki, iqtisadi dövlət qurumları yaranmış situasiya ilə bağlı araşdırma aparırlar: "Araşdırmalardan sonra yəqin ki, müvafiq qərarlar da qəbul olunacaq ki, yaranmış vəziyyət Azərbaycan əhalisinin ümumi yaşayış səviyyəsinə təsir göstərməsin. Çünki ölkə prezidentinin siyasəti birmənalı şəkildə Azərbaycan xalqının həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Buna uyğun olaraq da yaranmış olan bu və ya buna bənzər vəziyyətlərdə dövlət qurumları hərəkətə keçirlər və lazım olan addımları atırlar. Vaxtilə belə bir çətin vəziyyət yarananda xaricdən gələn taxıl məhsullarının əlavə dəyər vergisi ləğv edildi. Ləğv edilmə xeyli dərəcədə vəziyyəti yüngülləşdirdi. Yəqin ki, bu və buna bənzər addımlar atılacaq".qafqazinfo.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar