Xəbər lenti
Deputatın ay adlarının dəyişdirilməsi təklifinə SƏRT REAKSİYA: Süni şəkildə..
Milli Məclisin deputatı Tahir Kərimli təqvim aylarına milli adların verilməsi təklifi ilə çıxış edib.
Manevr.az xəbər verir ki, teleqraf.com millət vəkili, akademik Nizami Cəfərovun bu təkliflə bağlı fikirlərini öyrənib.
Akademik deyib ki, bu cür cəhdlər əvvəllər də olub, hətta həftənin günlərinin adlarını dəyişmək təklifi də səsləndirilib: "Ziyalılarımızdan biri müstəqilliyimizin ilk illərində təklif edirdi ki, bazar ertəsini adını gün bir, çərşənbə axşamını gün iki və sair belə adlandıraq. Amma bu cür təkliflər özünü doğrulmadı, yəni cəmiyyət bunu qəbul edə bilmir".
Millət vəkili analoji təkliflərin bəzi ölkələrdə də irəli sürüldüyünü deyib: "Bir vaxtlar Türkmənistanda Türkmənbaşı ayların adlarını dəyişmək təşəbbüsü ilə çıxış etmişdi. Subyektiv mövqeyə əsaslanan bu təşəbbüs populyarlıq qazanmadı. Hər bir addım beynəlxalq standarta uyğun olmalıdır".
Nizami Cəfərov deyib ki, Tahir Kərimliyə hörməti var, təkliflərinə sayğı ilə yanaşır: "Amma belə təkliflərin bəhrə vermədiyini də gizlətmək lazım deyil. Bu işlərlə mən illərlə məşğul olmuşam, bu cür təkliflərlə işləmişəm. Mənim özümdə də belə fikir var idi ki, bəlkə doğurdan bu adları milliləşdirək.
Misal üçün, yanvar, fevral, mart və sair adlar qalsın, amma paralel milli adlar da olsun. Amma bu fikir real həyatda qarşılığını tapmadı. Cəmiyyətin müzakirəsindən keçməyən və onun rəyi ilə qəbul olunmayan heç bir ideyanı yaşatmaq mümkün deyil.
Həm də bu, uzun illər formalaşmış sistemdir. Bizdə iki variantlılıq özünü doğrulmur. Əlavə paralellik yaratmaq alınmayacaq.
Bizdə başqa sahələrdə də paralellik vardı. Məsələn, həm darülfünun, həm universitet, ikisi də işlənirdi. Amma beynəlxalq ad birincini sıxışdırıb dilimizdən çıxartdı. Elə xalqlar var ki, onlarda bu cür paralellik özünü qoruyub saxlayır. Amma bizim xüsusiyyətimiz, mentalitetimiz fərqlidir".
Qeyd edək ki, Tahir Kərimli Qriqorian təqvimini saxlamaqla, paralel olaraq, təqvim aylarına aşağıdakı milli adları təklif edib:
1. İlk ay (yanvar)
2. Soyuq (çillə ay) ay (fevral)
3. Boz ay (mart)
4. Yağış ayı (aprel)
5. Çiçək ayı (may)
6. Əkin ayı (iyun)
7. İsti ay (iyul)
8. Biçin ayı (avqust)
9. Məhsul ayı (sentyabr)
10. Qızıl ay (oktyabr)
11. Xəzəl ayı (noyabr)
12. Son ay (dekabr)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar