Xəbər lenti
Teatrdan uzaqlaşdırıldığı deyilən Xalq artisti: “Belim bükülməyib, qoyun işləyək”
“Ərizə yazmağımızın səbəbini soruşanda isə bizə deyirlər ki, artıq qocalmısınız. Mənim nə belim bükülüb, nə əlim əsir, nə də ki danışığım itməyib. Bilmirəm ki, bu haradan çıxıb?! Qanundan xəbərim yoxdu!
Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Tariyel Qasımov işdən uzaqlaşdırılması ilə bağlı mətbuatda yazılanlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bir neçə yaşlı aktyorun hamısına ərizə yazıb işdən çıxmaqlarını deyiblər.
Qeyd edək ki, son zamanlar mediada Gənc Tamaşaçılar Teatrının bəzi aktyorlarının yaş həddi ilə əlaqədar işdən uzaqlaşdırılmaları ilə bağlı xəbərlər yayılır:
“Bizə deyirlər ki, ərizə yazıb işdən çıxaq, ancaq hər tamaşadakı çıxışınıza 40 manat verək. Mən özüm uzun müddət teatrda direktor vəzifəsində çalışmışam. Bu məsələləri yaxşı bilirəm. Mənim, Yasin Qarayevin, Ağaxan Salmanlının oynadığı tamaşaları repertuara salmayacaqlar ki, bizə pul verməsinlər. O qədər başqa tamaşalar var ki, onları salacaqlar, vəssalam. Yəni bizi aldadırlar. Deyirlər ərizə yazaq. Sabah da biz çıxandan sonra bizə tamaşa vermədiklərinə görə şikayət etsək, deyəcəklər ki, “özləri ərizə yazıb çıxıblar, biz onları çıxarmamışıq”. Ona görə də bizə ərizə yazdırmaq istəyirlər. Şəxsən mən və Yasin Qarayev yazmamışıq. Bizim ikimizdən başqa, hamı yazıb”.
Aktyor bütün bu hadisələrin onun yubileyi ərəfəsində baş verməsindən təəssüfləndiyini qeyd edir:
“Ən maraqlısı da odur ki, bu hadisələr mənim məhz yubileyim ərəfəsində oldu. Fevral ayının 4-də doğum günümdür. Özü də yubileyimdir. Bu da mənə “hədiyyə”... Halbuki, Azərbaycan Dövlət Dram Teatrında belə şey yoxdur. Orada yaşlarından asılı olmayaraq, hamı işləyir. Bu tək niyə bizim teatra tətbiq olunur, bilmirəm. Məsələn, vaxtilə Ağasadıq Gəraybəylinin 90 yaşı var idi özü də gözləri də tutulmuşdu. Amma o “Əliqulu evlənir”i oynayırdı. Bəs, görəsən onu niyə çıxartmırdılar. Çünki yaşlı nəsil də lazımdır. Biz necə ki, vaxtilə böyük sənətkarlardan öyrənmişik, cavan nəsil də gəlib bizdən öyrənməlidir. Nə olsun universitet bitirmişik. Hər aktyorluğu bitirən aktyor olmur. Gərək, böyük sənətkarlara baxıb, təcrübə toplayasan ki, yaxşı nəticələrin olsun. Biz böyük sənətkarlardan dərs almışıq. Onlar kimdən öyrənəcəklər? Mən özüm üç teatrda direktor, bədii rəhbər işləmişəm. Özü də iki vəzifəni birdən icra etmişəm. Yəni direktorların hər işlərindən agaham. Bizim tamaşaları salmayacaqlar ki, teatrın kassasından bizə pul gəlsin. Onu heç bir direktor istəməz ki, büdcəsi azalsın. Nə koruq, nə keçəl, rollarımızı məharətlə ifa edə bilirik. Qoysunlar, işləyək ”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar