Xəbər lenti
Azərbaycanda çörək və şirniyyatlar BAHALAŞDI
Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində qeydə alınan bahalaşma artıq çörək və digər un məmulatlarının qiymətində də özünü göstərməyə başlayıb.
Belə ki, 2018-ci ilin sonundan başlayaraq, 3-4 qəpikartan un qiymətləri 2019-cu ilin əvvəlindən etibarən 10 faizədək bahalaşıb.
İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə 25 manatdan 27 manatadək bahalaşıb.
Manevr.az xəbər verir ki, modern.az-ın iri mağaza və super marketlərdə apardığı müşahidələr zamanı çörək və şirniyyatların qiymətinin də bahalaşdığı məlum olub. Əvvəllər çörəyi 40 qəpiyə satanlar indi 45 qəpiyə, 45 qəpiyə satanlar isə 50 qəpiyə təklif edir. Qiymət dəyişikliyi edilməyən bəzi zavodların çörəklərində isə çəkinin azaldığı əhəmiyyətli dərəcədə görünür.
Bundan əlavə, təxminən 10 gün əvvələ qədər 40 qəpiyə satılan qoğal 60 qəpiyə, 70 qəpiyə satılan xaçapuri 1 manata, 40 qəpiyə satılan smit 60 qəpiyə, 25 qəpiyə satılan sadə bulka 40 qəpiyə, 60 qəpiyə satılan açma 75 qəpiyə, 70 qəpiyə satılan mini pizza 90 qəpiyə təklif edilir. Həmçinin, tortların da kiloqramında 1 manatadək bahalaşma qeydə alınır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar