Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Siqareti tərgidəndə nə baş verir?

Tarix: 13-01-2019 09:25     Baxış: 2215 A- / A+
Siqareti tərgidəndə nə baş verir?

Heç şübhəsiz ki, siqaret dünyamızın ən böyük bəlalarından biridir. Çünki insan öz əli ilə pul xərcləyərək canına "düşmən" olur. Bəziləri yeməsə də, içməsə də siqaretsiz gün keçirməyi təsəvvür etmir. Tütün artıq onların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bir çoxları bu zərərli vərdişdən çəkinmək əvəzinə, onun "faydalarını" da əsaslandırmağa çalışırlar.

Manevr.az
foodinfo.az-a istinadən bildirir ki, siqaretdən imtina etdikdən sonra bədəndə bir çox müsbət proseslər baş verir.

- Nəfəsalma daha rahat olur;

- Qan dövranı normala qayıdır;

- Qandakı oksigen miqdarı normal vəziyyətinə gəlir. İnfarkt keçirmə riski azalır;

- Siqareti tərgidəndən 1 gün sonra bədən karbonmonoksiddən təmizlənir;

- 2 gün sonra isə qandakı nikotin miqdarı azalır. Dad və qoxu hissiyatı artır;

- 3 gün sonra nəfəs yollarının rahatlaşması nəticəsində tənəfffüs sistemi özü-özünü bərpa etməyə başlayır;
- 2-12 həftə aralığında bədəndə mübadilə prosesi düzəlir, infeksiyalara qarşı müqavimət artır. Yeriyərkən yorulma və təngənəfəsllik aradan qalxır;

- 3-9 həftə aralığında öskürək və boğaz yolunda xırıltılı danışmaq problemləri azalır. Ağciyərlər funksiyasını 10 faiz daha da artırmış olur;

- 1 ildən sonra isə koronar ürək xəstəliyi riski yarıya enir;

- 1-3 il aralığında sidik kisəsi xərçəngi riski də 50 faiz azalır;

- 10-15 il sonra isə infarkt riski ümumiyyətlə siqaret istifadə etməyənlərlə eyni səviyyəyə gələr.

P.S. Siqaret çəkmədiyiniz müddətdə sizə qalan əlavə pullarla özünü mükafatlandırmağa çalışın. Onda özünü daha yaxşı hiss edəcəksiniz.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar