Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda müştərisini soyan "falçı" tutuldu ŞƏKİL

Tarix: 12-01-2019 20:45     Baxış: 2215 A- / A+
Bakıda müştərisini soyan "falçı" tutuldu ŞƏKİL


Qadın avtobusda tanış olduğu falçıya 600 manat və 4000 manatlıq qızıl verib

Bakıda falçı qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin, ümumilikdə, ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.

Məlumat daxil olan kimi 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.

Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etiraf edib. Onun barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Gördüyünüz bu şəxsin fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu rayon Polis idarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.

Bakıda müştərisini soyan "falçı" tutuldu ŞƏKİL


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar