Xəbər lenti
Donuz təsərrüfatları yoxlanılır – Nazirlik

Xüsusilə Gürcüstana yaxın yerləşən bölgələrdə donuz təsərrüfatı ilə məşğul olan kənd sakinlərinin təsərrüfatına baxış keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Dövlət Baytarlıq Xidməti Qax rayonunun Qaxingiloy kənd sakini Papiaşvili Zuraya məxsus 10 baş, Əlibəyli kənd sakini Şioşvili Aludaya məxsus 15 baş donuz saxlanılan təsərrüfatlarda olublar.
Baytarlıq mütəxəssisləri təsərrüfatlarda saxlanılan donuzlara kliniki baxış keçiriblər. Kliniki müayinə zamanı donuzların heç bir infeksion xəstəliyin əlamətləri aşkar edilməyib. 3 aydan yuxarı donuzlarda qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Həmçinin donuzlar saxlanılan ərazilərin mexaniki təmizliyindən sonra 430 kvadratmetr sahədə profilaktik dezinfeksiya və dezinseksiya işləri icra edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar