Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Aprel döyüşləri təkrarlana bilər” – Politoloq

Tarix: 12-01-2019 10:12     Baxış: 3235 A- / A+
“Aprel döyüşləri təkrarlana bilər”

“Hazırkı geosiyasi şərtlər daxilində Kollektiv Təhlükəszilk Müqaviləsi Təşkilatına (KTMT) üzv olması Azərbaycanın milli maraqlarına uyğun deyil”.

Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Rusiya hazırkı situasiyada Azərbaycanı ittifaqda müşahidəçi kimi görmək istəyir:

“Bununla bağlı yaxın günlərdə Rusiya rəsmlərinin ölkəmizə səfərləri gözlənilir. Kreml ilkin şərt olmadan öz silahlarını Azərbaycana bazar qiymətindən aşağı satmaqla müəyyən vədlər verir. Bu fonda Moskva ilə fəal Qarabağ danışıqlarının aparılacağı gözlənilir.

Artıq Gürcüstan və Ermənistan Rusiyanın orbitindən çıxmaq üzrədir. Moskva məhz Qarabağ məsələsindən istifadə edərək, hər iki ölkəyə nəzarəti saxlamağa cəhd edəcək. Rusiyanın bölgədəki vəziyyəti öz xeyrinə dəyişməsinin yolu isə Qarabağı Azərbaycana qaytarmaq üçün Ermənistana edəcəyi təzyiqlərdən keçir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, il ərzində münaqişənin həllində irəliləyiş olmasa, aprel döyüşlərinin təkrarlanması mümkündür: “Bu baxımdan, Kreml neytral qalarsa, Azərbaycan ərazilərini bir qismini azad etsə, KTMT-yə üzvlük məsələsinə baxıla bilər. Əgər Azərbaycan bu ittifaqa qoşulsa, Ermənistanın buranı tərk etməsi mümkündür”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar