Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər

Tarix: 11-01-2019 21:20     Baxış: 2291 A- / A+
Sumqayıtda direktordan prokurorluğa şikayət etdilər

Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə direktorla müavin arasında qalmaqal yaşanıb.


Manevr.az
-ın məlumatına görə, 9 saylı orta məktəbin direktor müavini Təranə Nəsirova Sumqayıt şəhər prokurorluğuna sözügedən məktəbin direktoru Həqiqət Abdullayeva barəsində şikayət ərizəsi ilə müraciət edib.

İddiaya görə, T.Nəsirova ərizədə Həqiqət Abdullayevanın onu ölüm həddinə çatdırdığını, şərəf və ləyaqətini tapdaladığını, təhqir etdiyini yazıb.
Məsələ ilə bağlı oxu.az məktəb direktoru H.Abdullayeva ilə əlaqə saxlamağa çalışıb.

Özümüzü təqdim etdikdən sonra qarşı tərəf çox kobud şəkildə “bu barədə danışmaq istəmirəm, bu söhbəti kim yayıbsa, gedin, onunla əlaqə saxlayın” deyərək telefonu üzümüzə bağlayıb.

Sumqayıt Şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Oqtay Nuriyev məsələylə bağlı oxu.az-a açıqlama verib. Onun sözlərinə görə, Nazirliyinin göstərişi əsasında məsələnin aydınlaşdırılması istiqamətində komissiya yaradılıb:

“Hazırda Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Təhsil şöbəsi əməkdaşlarının iştirakı ilə komissiya yaradılıb. Yoxlama başladılıb. Yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

9 saylı orta məktəbdən bildirdilər ki, məktəb direktoru və direktor müavini otaqlarında yoxdur.

Qeyd edək ki, bu barədə ilk məlumat ölkə.az saytında yayımlanıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar