Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Energetik içkilərin gömrük rüsumu dəyişir - Bu il qüvvədə olacaq

Tarix: 11-01-2019 09:06     Baxış: 3238 A- / A+
Energetik içkilərin gömrük rüsumu dəyişir - Bu il qüvvədə olacaq


Azərbaycana idxal edilən meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə gömrük dəyərinin 15 faizi həcmində gömrük rüsumu tətbiq olunacaq.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qərar 30 gün sonra qüvvəyə minəcək və 15 dekabr 2019-cu ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular və alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 dollar idxal gömrük rüsumu tətbiq edilir. İndiyə qədər meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin də 1 litri üçün 0,3 dollar idxal gömrük rüsumu alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar