Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda oğurluq maşında gəzən deputat oğlunu İnterpol sərhəddə saxlayıb

Tarix: 10-01-2019 18:17     Baxış: 2439 A- / A+
Bakıda oğurluq maşında gəzən deputat oğlunu İnterpol sərhəddə saxlayıb

Ötən ilin sonunda deputatlardan birinin oğlunu beynəlxalq polis təşkilatı – İnterpolun saxlaması ilə bağlı olduqca sensasional məlumat almışıq.

Bu barədə hüquq mühafizə orqanlarındakı mənbədən aldığı məlumatda deyilir ki, deputat oğlu bahalı maşınında Azərbaycandan Gürcüstana gedərkən sərhəddə saxlanılıb.

Saxlanılandan sonra deputat oğlu çaşqın vəziyyətdə yaxınlarına zəng edib. Hüquq mühafizə orqanlarının əməkdaşları ona deyiblər ki, narahat olmasın, onu bir oğurluq məsələsi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlayıblar. Deputat oğlu iki saat saxlanılandan sonra idarə etdiyi bahalı maşınla bağlı sorğu-sual olunub, maşını əlindən alınıb. Ona deyiblər ki, maşın oğurluqdur, 2015-ci ildə İspaniyadan oğurlanıb.

Həmin maşını kimdən, nə vaxt alması ilə bağlı suallara cavab alınıb. Qaynağımız bildirib ki, deputat oğlunun əlindən alınan maşının 200 min manatdan artıq qiyməti var. Həmin maşını o 2016-cı ildə alıb və ötən müddət ərzində Bakıda sürüb. Bu müddətdə İnterpol axtarışında olan oğurluq maşını Azərbaycanın hüquq mühafizə orqanları niyə müəyyən edə bilməyiblər sualı da açıqdır. azeuronews.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar