Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açıldı - FOTOLAR

Tarix: 10-01-2019 10:30     Baxış: 3207 A- / A+
Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açıldı

Təkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb.
Manevr.az xəbər verir ki, İctimai Birlikdən modern.az-a verilən məlumata görə, şəhərimizin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkraristifadə qutuları ilkin olaraq “Bravo” hipermarketləri və Babək prospektində yerləşən “Bravo” superstorda, həmçinin həmin prospektdəki “SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.
IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, eyni zamanda təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.
İanə qutularına toplanan əşyalar mütamadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” və “Birlik” xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq. Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə müxtəlif ekoloji və sosial layihələrə start verilib. Tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri həyata keçirilməkdədir. Bu xüsusda qeyd olunmalıdır ki, 2017-ci ildən başlayaraq IDEA tərəfindən yüzlərlə ofis və müəssisələrdə yerləşdirilən xüsusi təkrar emal qutuları vasitəsilə minlərlə ton kağız və plastik tullantı toplanaraq təkrar emala göndərilir. Bununla yanaşı, IDEA tərəfindən yaxın zamanlarda işlənmiş batareyaların toplanması üçün xüsusi qutuların da kütləvi şəkildə müəssisələrə paylanması planlaşdırılır.
Digər məhsullar kimi, geyim əşyalarının da tullanması və çürüməsi ətraf mühitə zərərsiz otüşmür. Bu həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.
Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açıldı

Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açıldı

Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açıldı



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar