Xəbər lenti
Dünya şöhrətli alimin Bakıdakı məzarında acınacaqlı mənzərə - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, botanik və biogeoqraf İvan İvanoviç Karyaqinin Bakıdakı məzarı baxımsız qalıb.
Dağıdılmış qəbirüstü daşı, zibil və selefon torbalar – dünya şöhrətli alimin məzarı ətrafında bu gün görə biləcəyimiz budur.
İ.İ.Karyaqinin ümumi rəhbərliyi altında səkkiz cildlik "Azərbaycan florası” kitabı hazırlanıb və nəşr olunub (Bakı, 1950-1961).
Bu insan ölkəmizin bütün florasını təsvir edib, "Azərbaycanın dərman bitkiləri” kitabı, "Quba qəzasının qədim bitkiləri” oçerkinin (1930), tibbi, qida və digər faydalı bitkilərin araşdırılması ilə məşğul olan Azərbaycan şagirdlərinə yardım etmək üçün dərman bitkilərinin herbariumunu toplamaq üçün təlimatların (Bakı, 1943) müəllifi olub.
Moskvadan Karyaqinə Rusiya Elmlər Akademiyasından dəfələrlə iş təklifləri gəlməsinə baxmayaraq (ona yüksək maaş, akademik rütbə, mərkəzdə ev söz vermişdilər – red.), o, Bakıda qaldı və bütün həyatını Azərbaycana həsr etdi.
İ.Karyaqin 1966-cı ildə vəfat edib. O, Bakıdakı Yasamal qəbiristanlığında torpağa tapşırılıb./oxu.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar