Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

36 min insana şamil olunacaq – Nazirlikdən pensiyalarla bağlı yeni MƏLUMAT

Tarix: 09-01-2019 14:32     Baxış: 3205 A- / A+
36 min insana şamil olunacaq – Nazirlikdən pensiyalarla bağlı yeni MƏLUMAT

Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Qanun cari ilin əvvəlindən Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanmasına imkan verib.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub və bu barədə, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə onlara "sms", e-mail və rəsmi məktubla məlumat verilib. Pensiya təyinatının avtomatlaşdırılması bu il pensiya yaşı çatanlardan 36 min insana və ya il ərzində pensiya yaşı çatacaq şəxslərdən 70 faizinə şamil olunacaq.

Qalan şəxslərin sırasına isə dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. daxildir ki, cari il ərzində onların da pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı mexanizminin qurulması işləri aparılacaq.

Eyni zamanda, əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur. Bu da həmin insanların pensiyalarında artıma səbəb olur.

Ümumilikdə, cari inin əvvəlindən pensiya təyinatı sahəsində həyata keçirilən islahat tədbiri bu sahədə vətəndaş-məmur təmasının və süründürməçilik, eləcə də digər neqativ halların baş vermə ehtimalının aradan qalxmasına, şəffaf və çevik pensiya təyinatı sisteminin qurulmasına, pensiyalarda artımın edilməsinə, nəticə etibarilə vətəndaş məmnunluğuna səbəb olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar