Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Şirəliyev nazirliyi ittiham etdi: "Haqqı çatan bəzi insanlara əlillik verilməyib"

Tarix: 09-01-2019 12:03     Baxış: 3350 A- / A+
Oqtay Şirəliyev nazirliyi ittiham etdi:

"Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb”.

Manevr.az
xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bunun çox vacib məsələ olduğunu bildirib: "Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma, əvvəllər təxminən, 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.

O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: "Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.

Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: "Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar