Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bir gözü açıq-qəhvəyi, digəri isə mavi rəngdədir - Göz rənglərindəki fərqliliyin səbəbi nədir? - VİDEO

Tarix: 08-01-2019 20:47     Baxış: 5285 A- / A+
Bir gözü açıq-qəhvəyi, digəri isə mavi rəngdədir - Göz rənglərindəki fərqliliyin səbəbi nədir? - VİDEO



İmişli rayon sakini Qaçay Əliyevin gözlərindən biri açıq-qəhvəyi, digəri isə mavi rəngdədir. Bu, ona olduqca maraqli görünüş verir. Bəs görəsən, dünyada çox az insanda rast gəlinən belə qeyri-adi gözlərin səbəbi nədir? Bunu xəstəlik saymaq olarmı?


Manevr.az məlumatına görə, İmişli rayon sakini, 26 yaşlı Qaçay Əliyev gözlərinin rəngləri ilə bir çoxlarının marağına səbəb olur. Eşitmə və nitq qüsurlu olan Qaçayın valideynləri onun gözlərinin doğularkən fərqli rəngdə olduğunu deyirlər. Anası Nərminə Əliyevanın sözlərinə görə, oğlunun gözlərinin rənglərinin fərqli olması onda heç bir problem yaratmır. Hətta oğlunun fərqli göz rəngləri olduğu kimi, zövqü də gözəldir, üstəlik, yaxşı əl qabiliyyəti də var.

Cərrah-oftalmoloq Əhməd Abdullayev isə deyir ki, Qaçayın göz rəngində müşahidə olunan fərq anadangəlmə olduğu üçün xəstəlik sayılmır və dünyada təxminən 1 faiz insanda rast gəlinən heteroxromiyadır, yəni sağ və sol göz bəbəklərinin müxtəlif rəngdə olması halıdır. Buna səbəb isə melanin, yəni piqment çatışmazlığı və ya artıqlığı olur. Bu halın doğuşdan olması gözlərdə heç bir problem yaratmır.

Beləliklə, dünyada çox az insanda rast gəlinən göz rənglərindəki fərqlilik Qaçayın görməsinə heç bir təhlükə törətmir, tam əksinə, bu, ona maraqlı və qeyri-adi bir görünüş verir.xezerxeber

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar