Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ötən il güləşçilərimiz beynəlxalq turnirlərdə 285 medal qazanıb

Tarix: 08-01-2019 16:05     Baxış: 3231 A- / A+
Ötən il güləşçilərimiz beynəlxalq turnirlərdə 285 medal qazanıb



2018-ci il Azərbaycan güləşi üçün yaddaqalan olub.

Verilən məlumata görə, qurum ilin əvvəlində müəyyən çətinliklərlə üzləşsə də, bu vəziyyətdən alnıaçıq çıxmağı bacarıb.

Ötən ilin əvvəlində baş katib vəzifəsinə Orxan Məmmədov təyin olunub. Eyni zamanda, birinci vitse-prezident vəzifəsinə Firdovsi Umudov gətirilib. Maydan etibarən isə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yenidən Federasiyaya qayıdıb. Hazırda Namiq Əliyev federasiya prezidentinin səlahiyyətlərini icra edir. Məhz onun federasiya rəhbərliyinə qayıdışından sonra dövlətin də ciddi dəstəyi ilə maliyyə və digər problemlər aradan qalxıb.

Güləş üzrə yığma komandalarda da məşqçi dəyişiklikləri baş verib. Yayda yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millidə Taleh İsrafilov böyük məşqçi, Nazim Əhmədov və Rasim Ağayev isə məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. Azyaşlı yeniyetmələr Əbülfət Məmmədova və İlham Vəzirova tapşırılıb. İlin sonunda isə federasiyanın rəhbəri Namiq Əliyevin əmri ilə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmanın baş məşqçisi vəzifəsinə Saypulla Absaidov təyin olunub. Firdovsi Umudov isə sərbəst güləş üzrə vitse-prezident kimi fəaliyyətini davam etdirir.

Geridə qoyduğumuz il azərbaycanlı ədalət təmsilçiləri üçün uğurlu keçib. Asif Şirəliyev və Sədi Quliyev “I-S” kateqoriyasına yüksəliblər. Bu, o deməkdir ki, hər iki hakim bu dərəcəyə sahib Hicran Şərifov və İntiqam Alıyev ilə birgə Tokio Olimpiadasında referi kimi ölkəmizi təmsil edə bilərlər. Qeyd edək ki, Azərbaycanın güləş tarixində indiyədək eyni vaxtda dörd Olimpiya kateqoriyalı hakim olmayıb. Abdul Nuriyev və Elman İsmayılov da ötən il birinci dərəcə əldə ediblər. Daha əvvəldən bu kateqoriyaya sahib olan Natiq Hacıyev gələcəkdə imtahanlardan uğurla keçərsə, I-S dərəcəli hakimlərimizin sayı artacaq.

Ötən il güləşçilərimiz beynəlxalq turnirlərdə 285 (72 qızıl, 84 gümüş, 129 bürünc) medal qazanıb. Avropa və dünya çempionatlarında, eləcə də Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 89 medal əldə edilib. Bu da ölkə güləşi tarixində bu baxımdan ikinci (2017-də IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, 99 medal qazanılıb) ən yüksək göstəricidir.

İl ərzində sərbəst güləşçilər 157, yunan-Roma güləşçiləri 93, qadınlar isə 35 dəfə fəxri kürsüyə qalxıblar. Böyüklər 103 (32 qızıl, 29 gümüş, 42 bürünc), gənclər 55 (11 qızıl, 17 gümüş, 27 bürünc), yeniyetmələr isə 127 (29 qızıl, 38 gümüş, 60 bürünc) medal əldə ediblər.

Həmçinin böyüklər arasında Avropa çempionatında qazanılan 18 medal Azərbaycan güləş tarixində növbəti rekord olub. Buna qədər ən çox medal 2011-də keçirilən analoji yarışda (14 medal) qazanılıb. Dünya çempionatında qazanılan 5 medal yunan-Roma güləşçilərinin payına düşüb. Komanda hesabında dördüncü yeri tutan “klassiklər” builki dünya kubokunda iştirak hüququ qazanıblar. Xatırladaq ki, ötən il dünya kubokunda ölkəmizi yalnız sərbəst güləşçilər təmsil ediblər. Komanda Firdovsi Umudovun rəhbərliyi ilə ABŞ-dan gümüş medalla qayıdıb.

İkinci dəfə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında qazanılan 1 qızıl, 4 gümüş, 2 bürünc medal da mühüm uğurlardan olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2017-də ilk dəfə bu yaş qrupu üzrə təşkil olunan mundialdakı təmsilçilərimiz 5 bürünc medal qazanmışdılar.

İl ərzində qazanılan uğurlar arasında Yeniyetmələrin III Yay Olimpiadasında əldə edilən nailiyyəti də xüsusi vurğulamaq lazımdır. Yeniyetmə güləşçilərimizin bu mötəbər yarışda qazandıqları 1 qızıl və 1 bürünc medal güləş üzrə bu yaş qrupu üzrə milli komandamızın Azərbaycanda ən güclü komandalardan olduğunu sübut etdi.

İl ərzində qazanılan uğurlar Gənclər və İdman Nazirliyinin ilin yekunlarına dair toplantısında yüksək məmnunluqla vurğulanıb. Təsadüfi deyil ki, qurum ilin ən yaxşı idman federasiyası seçilib. İlin ən yaxşı idmançıları arasında üç güləşçi – Eldəniz Əzizli, Cəbrayıl Həsənov və Mariya Stadnik yer alıblar. E.Əzizlinin şəxsi məşqçisi Vaqif Feyzullayev ilin məşqçisi seçilib.

Ötən il Avropa və dünya çempionu olan E.Əzizli həm də İdman Araşdırmalar Mərkəzinin və “Futbol+” qəzetinin keçirdiyi sorğu nəticəsində ilin ən yaxşı idmançısı ünvanını qazanıb.

Bu il güləş üçün daha önəmli ildir. Bu il keçiriləcək ikinci Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalının proqramında güləş də yer alıb. İlin əsas yarışı – Astanada təşkil olunacaq dünya çempionatı Tokio Olimpiadasına lisenziya qazandırmaq imkanı təqdim edəcək. Mundialda Olimpiya çəki dərəcələrində ilk “beşlik”də yer alanlar “Tokio 2020”yə vəsiqə qazanacaqlar. Ona görə də bu il daha çox uğur qazanmaq vacib əhəmiyyət kəsb edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar