Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı merindən daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın! - FOTOLAR

Tarix: 07-01-2019 18:09     Baxış: 3258 A- / A+
Bakı merindən daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın!

Paytaxtın Nizami rayonu ərazisindəki yaşayış binalarının damında sakinlərə məxsus su çənləri yığışdırılır.

Manevr.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Ramsin Abdullayev deyib.

Birlik sədri bildirib ki, su çənlərinin götürülməsi həmin binalarda yeni, müasir liftlərin quraşdırılması və dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədardır:

"Bizim balansımızda 114 yaşayış binası var. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə 9 mərtəbəli yaşayış binalarının istifadə müddətini başa vuran liftləri yenisi ilə əvəzlənir, 5 mərtəbəli yaşayış binalarının isə dam örtükləri təzələnir. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Nizami rayonu üzrə ümumilikdə 146 liftin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 114-ü bizim Birliyin balansındakı binalarda quraşdırılacaq".

R.Abdullayev bildirib ki, binaların damındakı su çənlərinin əksəriyyəti lift şaxtalarının üzərində yerləşdirilib:

"Rayon ərazisində bütün binalara 24 saat içməli su verilir. Ona görə də su çənlərinə ehtiyac yoxdur. Bu çənlər istifadəsiz qaldığından yararsız vəziyyətə düşür və nəticədə su liftlərin mühərrik yerinə, qapılarına tökülür. Bu da həmin liftlərin tez sıradan çıxmasına səbəb olur".

Birlik sədri qeyd edib ki, binalarda liftlərin və dam örtüklərinin il ərzində dəyişdirilməsi nəzərdə tutulur.

Manevr.az
Bakı merindən daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın!
Bakı merindən daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın!
Bakı merindən daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın!

Bakı merindən daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın!
Bakı merindən daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar