Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“O aparıcı bir ay efirdə qarğa kimi banladı”– “Mənə toxunan adamların axırı pis olur”

Tarix: 06-01-2019 10:05     Baxış: 3207 A- / A+
“O aparıcı bir ay efirdə qarğa kimi banladı”–

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Turan İbrahimovun təqdim etdiyi “ATV səhər” verilişinin guya onun göstərişi ilə bağlanılması barədə səsləndirilən iddialardan danışıb.


Manevr.az
xəbər verir ki, Komitə sədri demokrat.az-a açıqlamasında bildirib ki, bu cür iddialar tamamilə yalandır:

“Turan kimdir ki, mən onu işdən çıxartdırım? O yalan danışır, başını da daşa döyür. Turanı, onun gicliyi işdən çıxartdırıb. Mən onunla bağlı heç kəsə müraciət etməmişəm. Əgər mən onunla bağlı harasa şikayət etsəydim, o zaman onun ağızını dərhal bağlayardılar. Amma bunu etmədim və o aparıcı bir ay efirdə qarğa kimi banladı. Səhər gəlib qabağına çay qoyub məni təhqir edirdi. Tərbiyəsiz adam idi. Axırda da işlədiyi telekanalı da biabır etdi”.

A.Rəhimzadə deyib ki, ona qarşı səhv fikir söyləyən adamlar xeyr tapmırlar:

“Ümumiyyətlə, mənə toxunan adamların axırı pis olur. Çünki mən düz deyirəm, onlar isə əyri! Vaxtilə Şahin Ağabaəyli adında bir jurnalist də mənim haqqımda təhqiramiz fikirlər söyləyirdi. Mən də onu məhkəməyə verdim. Məhkəmə tərəfindən də onun səhv hərəkətlərə yol verməsi sübut olundu. O zaman ona 10 ay iş verilmişdi. Sonra cənab Prezident onu əfv etdi. Sonra o jurnalistin aqibəti hamıya məlumdur. Qəzaya düşdü. Odur ki, mənə qarşı çıxanların axırı bu cür olur”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar