Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz”dan LİMİT AÇIQLAMASI

Tarix: 05-01-2019 17:32     Baxış: 3232 A- / A+
“Azəriqaz”dan LİMİT AÇIQLAMASI


"Azəriqaz" İstehsalat Birliyi son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu, Hökməli kənd sakini, hüquq müdafiəçisi Sahib Məmmədova istinadən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar dərc olunan yazılara münasibət bildirib.

Manevr.az bildirir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev report-a bildirib ki, bununla bağlı yazılanlar və söylənilən fikirlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Sahib Məmmədov "Facebook" səhifəsində dəqiqləşdirmədiyi məlumatı paylaşmaqla təbii qaz istehlakçiları arasında çaşqınlıq yaradıb. İ.Kərballayev S.Məmmədovun yazdıqlarına cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.

"Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Abşeron rayonunun Hökməli kənd sakini Sahib Məmmədov tərəfindən GPG15337530 nömrəli qaz sayğacına 31 dekabr 2018-ci il tarixində saat 11:29 radələrində ödənilmiş 5 AZN vəsait il ərzində verilmiş limiti keçdiyi üçün 20 qəpik tarifi ilə hesablanıb. Belə ki, qeyd olunan ünvanda 2018-ci il ərzində təbii qazdan istifadə üçün, ümumilikdə, 300 AZN vəsait ödənilmiş və Tarif (Qiymət) Şurasının Qərarına əsasən, 2 350 kub metr qaz hesablanıb. İl dəyişdikdən sonra 3 yanvar 2019-cu il tarixində 1 AZN və 10 AZN olmaqla 11 AZN vəsait ödənilmiş və abonentin sayğacına 10 qəpik tarifi ilə 110 kub metr qaz sərfi yüklənib", - deyə İ.Kərbalayev vurğulayıb.

"Azəriqaz" rəsmisi əlavə edib ki, İTRON Smart tipli qaz sayğaclarda əvvəldən ödəniş sistemi ilə idarə olunduğundan limitin idarə olunması ödəniş sistemində idarə olunur: "Ödəniş sistemi ilə sayğac arasında informasiya əlaqəsi olmadığı üçün ödəniş edilən tarix həmin ilin limitinə aid edilir. Hesabat aparılan ödənişlər əsasında formalaşır və əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2019-cu il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar