Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Xəstə uşaq üçün yığılan pulu ələ keçirən "hacı" kimdir? - TƏFƏRRÜAT - VİDEO

Tarix: 04-01-2019 19:08     Baxış: 4375 A- / A+
Xəstə uşaq üçün yığılan pulu ələ keçirən "hacı" kimdir? - TƏFƏRRÜAT - VİDEO

Xəstə uşaq üçün yığılan pul fırıldaqlıqla ələ keçirilib.

Manevr.az xezerxeber-ə istinadən məlumatına görə, hadisə paytaxt sakini Rahil Cəfərovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, bir müddətdir ki, bacısı qızı, 3 yaşlı Aylin Dadaşova leykoz xəstəliyindən əziyyət çəkir. Qızın müalicəsi üçün külli miqdarda vəsait lazım olduğundan ailə xeyirsevər insanlardan yardım istəyib və bank hesabı açıblar. Balaca qızın müalicəsi üçün müəyyn miqdar yardım toplanıb. Bir neçə gün əvvəl uşağın dayısına Rusiya nömrəsindən bir nəfər SMS yazaraq uşağın müalicəsi üçün lazım olan 50 min dollar ödəmək istədiyini bildirib.

Votsap yazışmasında özünü "hacı" kimi təqdim edən həmin şəxs daha sonra Aylinin hesab kartının nömrəsini istəyib. Rahil Cəfərov bankomat kartının şəklini çəkərək votsapla ona göndərib. Səhəri gün Rahil Cəfərov bank hesabını yoxlayarkən aldadıldığını öyrənib. O, həmin şəxsin 3 yaşlı qızın müalicəsi üçün yığılan 5 minə yaxın pulun oğurlandığını görüb.

Zərərçəkmiş deyir ki, sosial şəbəkədə xüsusi proqramda həmin nömrə ''Hüseyn Vaqif oğlu'' adı ilə qeyd olunub. Hazırda polis həmin şəxsin Azərbaycanda olub- olmamasını araşdırır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar