Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda 6-7 manata ƏT SATILIR - AQTA-dan bununla bağlı AÇIQLAMA

Tarix: 04-01-2019 18:33     Baxış: 3150 A- / A+
Bakıda 6-7 manata ƏT SATILIR -

Bu gün Bakıdakı bütün qəssabxanalarda dana ətinin 1 kiloqramı 10-11 manata təklif olunur.
Təəccüb doğuran məqam odur ki, qəssabxanalarda və mağazalarda ətin kiloqramı 10-11 manat arasında olsa da, bəzi yerlərdə daha ucuz ətə rast gəlmək mümkündür. Xüsusən də, bakıətrafı qəsəbələrdə yerləşən bəzi qəssabxanalarda dana ətininin 1 kiloqramı hazırkı qiymətindən təxminən iki dəfə ucuz, yəni 6-7 manata satılır. Həmin ətlərin bu qədər ucuz olmasının səbəbi nədir?
Qəssablar deyirlər ki, ətin ucuz olmasının səbəbi heyvanın erkək yox, dişi olmasıdır. Yəni, 6-7 manata satılan ətlər dana yox, inək əti olur. Bu səbəblə, alıcılara ucuz qiymətə təklif olunur.
Maraqlıdır, AQTA bu məsələyə nə deyir?

Manevr.az
xəbər verir ki, qurumun mətbuat xidmətindən metbuat.az-a verilən məlumatda bildirilir:
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması,əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsidir. Eyni zamanda, satışa çıxarılan ət və ət məhsulları müvafiq laborator analizlərdən keçirilir. Yalnız bundan sonra məhsulun satışına icazə verilir. Əgər vətəndaşların ətin tərkibi ilə bağlı hər hansı şübhəsi və ya narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən dərhal sonra şikayətlər Agentliyin əməkdaşları tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun addımlar atılacaq".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar