Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı-Gəncə qatarındakı qiymətlər niyə fərqlidir?

Tarix: 04-01-2019 15:04     Baxış: 3224 A- / A+
Bakı-Gəncə qatarındakı qiymətlər niyə fərqlidir?

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrın 29-da Bakı-Gəncə-Bakı sürət qatarı yola düşüb.

Dörd vaqondan ibarət qatarda birinci klass (9 yer), biznes klass (62 yer) və standart (296 yer) olmaqla, 367 oturacaq yeri mövcuddur. 3 kateqoriyaya aid olan yerlərin isə hər birinin ayrıca qiyməti var.

Belə ki, Bakı-Gəncə-Bakı sürət qatarında sonuncu stansiyaya qədər gedən sərnişinlər üçün standart sinifdə qiymət 15, biznesdə 50, birinci klassda isə 100 manatdır.

Hazırda sərnişinləri maraqlandıran məsələ isə müxtəlif kateqoriyalarda göstərilən xidmətlərdə gediş haqqına nələrin daxil edilməsidir.

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. O, qeyd edib ki, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda sərnişinlərin rahatlığını təmin etmək üçün maksimum şərait yaradılıb.

Standart kateqoriyalı vaqonlarda (15 manat) gediş haqqına sendviç, şirə, su;

Biznes vaqonlarda (50 manat) iki növ sendviç, şirə, su;

Birinci klass yerlərdə (100 manat) isə soyuq yemək, kofe, çay, şirə və su daxildir.


Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar