Xəbər lenti
Əhalinin banklardakı dollarları ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il dekabrın 1-nə 62,56% təşkil edib.
Manevr.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,98 faiz bəndi azalma qeydə alınıb.
Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 63,54%, oktyabrın 1-də 62,55%, sentyabrın 1-də isə 63,01% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,46% bəndi, oktyabrda 0,99% bəndi azalıb. Hesabata əsasən, dollarlaşma səviyyəsi 2018-ci ilin əvvəlinə 66,5% olub.
Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği 2018-ci il dekabrın 1-nə 8 073,5 mln. manat təşkil edib ki, bunun da 5 051,1 mln. manatı xarici valyutada yerləşdirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































