Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

200 iynə udan gəncdən xəbər var

Tarix: 03-01-2019 16:41     Baxış: 3216 A- / A+
200 iynə udan gəncdən xəbər var

Daha əvvəl sizə 200 iynə udan Şəmkir sakini, 28 yaşlı Emin İsayev haqqında xəbər vermişdik. Əldə etdiyimiz məlumata görə, onun vəziyyətində müsbət dəyişikliklər var.
Bu barədə onun dayısı Şəki Əsgərov məlumat verib.

Onun sözlərinə görə, E.İsayev Şəmkir rayon Mərkəzi Xəstəxanasında müalicə alır: “Bakıdan qayıdandan sonra Gəncəyə həkimə apardıq. Orada da həkimlər məsuliyyəti öz üzərinə götürmək istəmədi. Gətirdik Şəmkir rayon Mərkəzi Xəstəxanasına. Orada müalicə alır. Həkimlərlə dünən danışmışam. Dediklərinə görə, az-az olsa da, yemək yeyir. İynələr də bir dəfə 11-i, bir dəfə səkkizi nəcisə qarışaraq bədəndən xaric olub. Həyati təhlükəsi ilə bağlı dəqiq söz deyən yoxdur, amma Allahdan ümid kəsilməz. Bayram günləri evə gətirmişdilər. Dünən yenə aparıblar xəstəxanaya”.

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov xəstənin vəziyyətinin orta-ağır olduğunu deyib: “Bəli, pasiyent xəstəxanamızda ciddi stasionar müalicə şəraitində saxlanılır. Mütəmadi olaraq Bakıdan olan professorlarla, respublikanın baş cərrahı ilə əlaqə saxlayırıq. Xəstənin vəziyyəti barədə fikir mübadiləsi aparılır.

Vəziyyəti kifayət qədər kritik olduğu üçün hələ heç bir söz demək olmaz. Amma nəcis vasitəsilə bədəndəki iynələrin 5-10 dənəsi bədəndən xaric olub. Normal yemək yeyir. Ümumi vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar