Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu məhsullar bahalaşıb - SİYAHI

Tarix: 03-01-2019 12:24     Baxış: 4243 A- / A+
Bakıda bu məhsullar bahalaşıb - SİYAHI


2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.

Manevr.az trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında "Ət məhsulları" qrupu 0,2 faiz, "Süd məhsulları, pendir və yumurta" qrupu 0,3 faiz, "Tərəvəzlər" qrupu 4,7 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər" qrupu 0,2 faiz, "Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları" qrupu 0,5 faiz, "Qəhvə, çay, kakao" qrupu 0,9 faiz, "Mineral sular, sərinləşdirici içkilər və şirələr" qrupu 0,2 faiz, "Araq, brendi (konyak)" qrupu 3,4 faiz, "Çaxır" qrupu 0,9 faiz, "Tütün məmulatları" qrupu 1,0 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından "Geyim" qrupu 0,3 faiz, "Ayaqqabı" qrupu 0,1 faiz, "Mebel və ev əşyaları" qrupu 0,1 faiz, "Məişət cihazları" qrupu 0,3 faiz, "Evə qulluq etmək üçün lazım olan məhsullar" qrupu 0,3 faiz, " Tibb təyinatlı digər məhsullar" qrupu 0,3 faiz, "Müalicə ləvazimatları və cihazları" qrupu 0,9 faiz, "Velosipedlər" qrupu 2,7 faiz, "Foto-kino avadanlıqları və optik cihazlar" qrupu 0,5 faiz, "Məlumatın işlənməsi üçün avadanlıqlar" qrupu 0,1 faiz, "Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat" qrupu 2,1 faiz, "Şəxsi gigiyena üçün digər məmulatlar" qrupu 0,1 faiz, "Sair şəxsi istifadə əşyaları" qrupu 0,6 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən "Paltarların təmizlənməsi, təmiri və kirayəsi" qrupu 0,5 faiz, "İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı" qrupu 0,4 faiz, "Avtomobillərin təmiri" qrupu 0,7 faiz, "Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri" qrupu 1,4 faiz, "Mehmanxana xidməti" qrupu 1,7 faiz, "Bərbərxana və kosmetik xidmətlər" qrupu 0,5 faiz, "Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər" qrupu 1,0 faiz bahalaşıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar