Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda unun qiyməti qalxıb - VİDEO

Tarix: 02-01-2019 22:48     Baxış: 4309 A- / A+
Azərbaycanda unun qiyməti qalxıb - VİDEO

Son vaxtlar bölgələrdə unun qiymətində artım müşahidə olunur. 50 kiloqramlıq kisədə 2-3 manat artım var.

Manevr.az-ın ezerxeber.az-ə istinadən məlumatına görə, bölgələrdə unun qiyməti qalxıb.

Yevlaxda alıcılar deyirlər ki, son 10-15 gündə un bahalaşıb. Onların sözlərinə görə, 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manat 50 qəpik- 2 manata yaxın artım müşahidə edilir.

Satıcılar isə qiymət artımını un firmalarının üzərinə atırlar, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını deyirlər.

Zaqatalada da unun qiymətində 2 manata yaxın artım var. Satıcıların sözlərinə görə, qiymətlər 1 həftə əvvəl qalxıb.

Un Qubada da bahalaşıb. 50 kiloqramlıq un kisəsinin qiymətində 2 manat, bəzilərində isə 3 manata yaxın artım var.

Rayonda fəaliyyət göstərən un istehsalı müəssisələrindən də bildiriblər ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar