Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu il üç dəfə Günəş tutulması baş verəcək

Tarix: 02-01-2019 17:25     Baxış: 2242 A- / A+
Bu il üç dəfə Günəş tutulması baş verəcək

Bu barədə AzərTac-ın bölgə müxbirinə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, bunlardan biri qismən, biri tam, digəri isə halqavarı olacaq.

İlk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək. Qismən Günəş tutulması yerli vaxtla saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

İkinci Günəş tutulması isə iyulun 2-3-də baş verəcək. Bu dəfə Günəş tam tutulacaq və iyulun 2-də saat 20:55-07:01-dək, iyulun 3-də isə 00:44-dən 01.02-dək davam edəcək. Təbiət hadisəsi Sakit okeanın cənub hissəsində və Cənubi Amerikada izlənə biləcək.

Üçüncü Günəş tutulması isə halqavarı olacaq. Dekabrın 26-da saat 06:30-dan 12:06-dək baş verəcək Günəş tutulması Asiya-Avstraliya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ərazilərdən görünəcək.

“Hər üç hadisəni Azərbaycanda 08:03-dən 08:52-dək səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq”, - deyə Xıdır Mikayılov bildirib. qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar