Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın bədəni səhv seçilən kişiyə BELƏ REAKSİYA VERİR - 4 VACİB MƏQAM

Tarix: 01-01-2019 21:35     Baxış: 4605 A- / A+
Qadın bədəni səhv seçilən kişiyə BELƏ REAKSİYA VERİR - 4 VACİB MƏQAM

Sevir, ya sevmir? Bədəninizi dinləyin!
Bədənimiz müxtəlif işarələr ötürərək bizə özümüz haqqında müəyyən mesajlar verir. Ancaq bir çox insan xroniki stress və xaos içində yaşadığından bədəninin səsini eşitmir və onun nə demək istədiyini anlamır.

Manevr.az
xəbər verir ki, hər bir insanın 3 zərif bədən tipi var: mental, emosional və fiziki. Amma çoxumuz yalnız fiziki təzahürlərə diqqət yetiririk. Və bu da çox vacibdir. Bədən bizə nə lazım olduğunu bilən ən yaxşı dostumuzdur. Əsas odur ki, onun göndərdiyi siqnalları düzgün anlaya biləsiniz.

Bəs bədənin bizə ötürdüyü mesajlar hansı mənaları ifadə edir? Bu yazıda oxucuları səhv insanla münasibət quran qadın bədəninin göstərdiyi reaksiyalarla tanış etmişik:

1. Tək qalanda gülümsəyir


Doğru seçilmiş insanla münasibətdə olan qadın özü ilə tək qalanda da heç bir səbəb olmadan gülümsəyə bilir. Qadının səhv insanla münasibət qurduğunu göstərən əsas əlamətlərdən biri də odur ki, o, təklikdə özünü gülümsəməyə məcbur edə bilmir. O, xoşbəxt olması barədə başqalarına yalan danışa bilər, bəs özünü niyə aldatsın? Əgər o insan haqqında düşünərkən üzünüzdə qeyri-ixtiyarı olaraq təbəssüm yaranmırsa, bu, səhv insanla yola çıxdığınızı göstərən başlıca əlamətdir.

2. Özünə dəyərin aşağı olması


Sevən kişi qadını sadəcə xoşbəxt etməklə kifayətlənmir, həm də özünə dəyər hissini artırır. Əgər qadın daim özünü dəyərsiz hiss edirsə, bu, ona uyğun olmayan kişi ilə görüşdüyünü təsdiq edən bir əlamətdir. Bədənimiz bizim üçün yalnız ən yaxşısını istəyir, odur ki, bizi xəbərdar etmək üçün siqnal göndərir. Sadəcə varlığı ilə deyil, sevgisiylə sizi qoruya və qucaqlaya bilməyən kişilərdən uzaq durun.

3. Emosional tükənmə


Bir kişi bir qadınla xoş və düzgün rəftar edirsə, o, özünü bir qayda olaraq enerji dolu və daha gümrah hiss edir. Münasibətlərdə harmoniya yoxdursa, qadın həm emosional, həm ruhən, həm də fiziki baxımdan tükənməyə başlayır. Bu, hətta ağır xəstəliklərə səbəb ola bilər.

4. O açıqca inkar edir


Məlumdur ki, qadın münasibətləri daim analiz edir. Əgər münasibətlər həqiqətən yaxşıdırsa, qadını özünü aldatmır və inandırmır ki, hər şey yaxşıdır. Əgər siz daim özünüz üçün "haqlı" səbəblər tapırsınızsa, bu, o deməkdir ki, bədən sadəcə qaçmaq istəyir. Bəzən bədən nə baş verdiyini ağıldan əvvəl oxuya bilir. Yadda saxlayın ki, sağlam münasibətlərdə qadının ağlı ilə bədəni və ruhu bir-biryilə uzlaşır. Odur ki, bədəninizi dinləyin, bəlkə o sizə nə isə demək istəyir.../publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar