Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

İçməyin, özünüz cəhənnəmə, gələcək nəsillərə yazığınız gəlsin – Almaniyada çalışan azərbaycanlı həkim Hell barədə yazdı

Tarix: 29-12-2018 22:20     Baxış: 2202 A- / A+
 İçməyin, özünüz cəhənnəmə, gələcək nəsillərə yazığınız gəlsin

" Azərbaycanlıların ən böyük düşmənlərindən biri HELL içkisi və onun reklamını edənlərdir. İçməyin, özünüz cəhənnəm, gələcək nəsillərə yazığınız gəlsin".

Manevr.az medicina.az-a istinadən bildirir ki, bu sözləri hazırda Almaniyada çalışan gənc azərbaycanlı həkim Rəşad Müseyibzadə bildirib.

O, Azərbaycanda uşaqdan böyüyə çoxluğun energetik içkilərə aludəçiliyi probleminə toxunaraq bu içkilərin sağlamlığa zərəri barədə bir daha məlumat paylaşıb.

" Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var, bu isə insanı bir müddət gümrah və diqqətini daha yaxşı toplamasına kömək edir. Bu, sadəcə müsbət tərəfidir. Mənfi tərəfləri isə həddən artıqdır. İlk öncə, enerji içkiləri hamilə qadınlara, uşaqlara və yetkinlik yaşına çatmayan (16-18 yaş) gənclərə məsləhət görülmür. Hətta bir neçə ölkədə uşaqlara və yetkinlik yaşına çatmayan gənclərə enerji içkilərinin satışı qadağandır. Almaniyada da müxalif partiyalardan biri bu qanunu təklif edib.

Enerji içkilərinin zərərli tərəfləri: yuxu pozğunluğu, əsəb sistemi pozğunluğu, baş ağrısı, mədə-bağırsaq sisteminin xəstəlikləri, xoralar. Bu içkilərin asılılıq yaratması da mənfi tərəflərindən biridir. Əvvəlcə bunu hiss etmək olmur, amma bir müddət sonra fərqində olmadan gün ərzində 3-4 enerjisi içkisi içdiyinizi görəcəksiz. Enerji içkilərinin bir zərərli tərəfi də orqanizmdə suyun normadan artıq itirilməsinə səbəb olmasıdır. Susuzluq zamanı istifadə olunan enerji içkisi həm orqanizmə su tələbini azaldır, həm də əlavə suyun itirilməsinə səbəb olur. İnsan isə gün ərzində 2-3 litr su qəbul etməlidir.

Enerji içkilərinin spirtlə birlikdə istifadəsi də məsləhət görülmür. Xüsusilə idmanla məşğul olan şəxslər, idmandan sonra enerji içkilərindən uzaq dursalar, yaxşı olar. Çünki bu içkilərin istifadəsi ürəyin ritm pozğunluğuna, böyrək çatışmazlığına, infarkta səbəb olur. Sözsüz ki, heç kimin içdiyinə və yediyinə qarışmaq niyətimiz yoxdur. Amma gələcək nəsilləri qorumaq lazımdır. Xüsusilə Bakıda onsuz da yaşıllıq yoxdur, ürək xəstəliklərinin sayı artıb, bir də özünüzə bu içkilərlə ziyan vurmayın".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar