Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Tarix: 29-12-2018 09:00     Baxış: 3164 A- / A+
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib.

Manevr.az
xəbər verir ki, qəbulu aparan, Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, ölkə başçısının tapşırığına əsasən dövlətin ali struktur rəhbərləri, eyni zamanda Milli Məclsin deputatları mütəmadi olaraq qaçqın və məcburi köçkünlərin qayğıları ilə maraqlanır, onların problemlərinin həlli ilə məşğul olurlar.

Həbib Misirov seçicilərin nəzərinə çatdırıb ki, dövlət başçısının 1 iyul 2004-cü tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilib. Bu proqramın həyata keçirilməsi nəticəsində əvvəllər acınacaqlı şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərimiz müasir yaşayış komplekslərinə, rahat mənzillərə köçürülüblər. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı bu gün dövlət başçısı möhtərəm İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.

Daha sonra qəbula gələn seçililərin problemləri dinlənilib, bəzi seçicilərin problemləri yerində həll edilib, bəzi məsələlərin həlli istiqamətində isə müvafiq işlərin görüləcəyi diqqətə çatdırılıb.

Qəbulda iştirak edən seçicilər ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Eyni zamanda qeyd ediblər ki, Millət vəkili Cavid Qurbanov seçicilərinin etimadını doğruldaraq hər zaman onların problemlərini diqqət mərkəzində saxlayır, bu problemlərin həlli üçün əlindən gələni edir. Kəlbəcərli seçicilər əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər.
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirildi -FOTOLAR



Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar