Xəbər lenti
Facebook: Görmək istəmədiyiniz reklamları necə blok etmək olar?
Yəqin ki, Facebook-da sizin istifadəçi "profiliniz" ilə üst-üstə düşməyən və ya sadəcə olaraq, görmək istəmədiyiniz reklamlarla rastlaşmısınız.
Gillian Brockell adlı bir qadın da rastlaşıb. O, hamilə olarkən hamiləliyi ilə bağlı məzmunlar oxumaq və ya "baby shower" qonaqlığından şəkillər paylaşmaq üçün sosial mediadan istifadə edərmiş. Lakin körpəsini itirdikdən sonra vəziyyət dəyişir. Anidən uşaq məhsulları və hamiləlik geyimləri haqqındakı reklam postları bezdirici hal alır.
O, bu barədə Facebook - və başqa böyük texnologiya şirkətlərinə - açıq məktub ünvanlayır və şirkətin reklam üzrə vitse-prezidentindən cavab alır.
"İtkinizə görə kədərləndim və məhsullarımıza görə yaşadığınız xoş olmayan təcrübəyə görə üzr istəyirəm. Reklamları bloklaya biləcəyiniz tənzimləmələrimiz mövcuddur. Kifayət qədər inkişaf etməsələr də, üzərində işləyirik və fikirlərinizi yüksək qiymətləndiririk".
Müəyyən reklamları bloklaya biləcəyinizdən xəbərdarsınızmı?
Qadın isə cavabında reklamları bloklamak kimi variant haqqında bildiyini, amma bunu tapmağın çətin olduğunu deyir.
Sosial şəbəkələrin "İnternetdə maraq əsaslı reklam" adlandırdığı bir anlayış var ki, sizə maraqlı olan məzmunun reklamını çatdırmaq mənasına gəlir.
Alqoritmlər həmişə düzgün işləmir, amma çarələri təqdim edirik.
Müəyyən tipli reklamları görmək istəmirsinizsə, sizə addımbaaddım izahını veririk.
A variantı: "Bunu görmək istəmirəm"
Facebook-u gözdən keçirən zaman sizi narahat edən və ya görmək istəmədiyiniz müəyyən bir reklamı həmin an silə bilərsiniz. Bunun üçün həmin reklamın yuxarı sağ küncündəki "x" işarəsini sıxmaq kifayətdir.
Sonra isə "Hide ad" (Reklamı gizlət) yazısını seçin və reklam dərhal itəcək.
Əgər hər hansısa reklamı görmək istəmirsinizsə, onu gizlədin
Əgər hər hansısa reklam sizi narahat edirsə, onu sosial şəbəkəyə şikayət etmək imkanınız da var, amma səbəbini izah etmək lazımdır. Bir neçə variant mövcuddur:
Uyğun olmayan və ya təhqiramiz seksual məzmun
Şiddət
Qadağan edilmiş məzmun
Spam
Yanlış xəbər
Saxta və ya yalan məlumat
Siyasi namizədlər və ya siyasi məsələlər
B variantı: Seçimlərinizi dəyişdirin
Facebook-un "Reklam seçimləri" variantında bu sosial şəbəkənin sizə "Facebook-dan kənardakı internet səhifələri və tətbiqetmə proqramlardan istifadə əsasında" və eləcə də "sizin offline fəaliyyətiniz əsasında partnyorlarımızdan əldə etdiyimiz məlumatlar əsasında" təqdim olunan məzmunu idarə edə bilərsiniz.
Sosial şəbəkə üzvləri sizə şəbəkəndən istifadə edərkən və etməyərkən məlumat ötürməyə qadirdirlər... əlbəttə ki, siz istəyirsinizsə...
"Bu variantları istədiyiniz vaxt gözdən keçirə bilərsiniz," Facebook deyir.
Bunun üçün üç addımı icra etmək lazımdır:
1. Facebook-un sağ küncünü basın və "parametrləri" (settings) seçin
2. "Reklamlar" (ads) seçin
3. Aşağıda "reklam parametrləri" (ad settings) seçin
Həmçinin reklamın seçimlərindən "Niyə bunu görürəm?" variantını seçib, onu gizlədə bilərsiniz.
C variantı: Reklam mövzularını gizlədin
Eyni menyuda "Reklam parametrləri"-nin aşağısında sizə müəyyən mövzuları altı aylıq, birillik və ya qeyri-müəyyən müddətə bağlaya biləcəyiniz variant da təqdim olunur.
Hələlik Facebook üç növ reklamı gizlətmək imkanı verir:
Alkoqol
Atalıq
Ev heyvanları
Lakin sosial şəbəkə istifadəçilərin görmək istəmədiyi mövzu təkliflərinə də açıqdır.
Hələlik Facebook üç növ reklamı gizlətmək imkanı verir
Bəs heç bir reklam görmək istəmirəmsə, necə?
Hələ ki, belə bir seçim yoxdur.
"Facebook-da reklamları tamamilə bloklamaq olmur. Məhz reklamlar sayəsində Facebook pulsuzdur. Bunda əlavə, biz yalnız sizə uyğun və maraqlı reklamları önə çıxarmağa çalışırıq," sosial şəbəkə izah edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar