Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçiriləcək

Tarix: 27-12-2018 19:08     Baxış: 3322 A- / A+
Bakıda Gənclərin Beynəlxalq Karyera Forumu keçiriləcək
Tələbə və gənclərin sosial inkişafı, karyera bacarıqlarının artırılması, onlar üçün yeni iş imkanlarının, sosial yanaşmaların araşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) yeni bir maarifləndirici beynəlxalq layihənin icrasına başlamışdır.
2018-ci ilin dekabr ayından start götürən və 3 ay davam edəcək, gənclərin karyera inkişafı, məşğulluq və iş imkanları sahəsində beynəlxalq təcrübə, informasiya mübadiləsini və şəbəkələşməni nəzərdə tutan bu layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Bakı Konqres Mərkəzində keçiriləcək “Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunda İtaliya, Polşa, Rumıniya, Sloveniya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandan olan gənc lider və ekspertlərin iştirakı nəzərdə tutulur.
“Birlikdə daha yaxşı yaşamaq üçün!” sloqanı altında keçiriləcək Beynəlxalq Forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən, Azərbaycan Modelinin təhlilini, təbliğini və mövzu istiqamətində gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva edəcəkdir.
Rəsmi açılış və bağlanış plenar sessiyaları ilə yanaşı, 4 mövzu üzrə panellərin təşkili, seminar və qruplar üzrə iş tapşırıqlarının aparılması, gənclər işi, gənclərin karyera və məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən müxtəlif hökumət strukturlarında görüşlərin keçirilməsi, Azərbaycanın uğurlu sosial brendlərinə çevrilən ASAN və DOST xidmət mərkəzləri ilə tanışlıq və Bakı Bəyannaməsinin qəbulu da 2019-cu ilin 24-28 yanvar tarixlərində keçiriləcək Beynəlxalq Gənclər Forumunun proqram gündəliyinə daxil edilmişdir.
Layihə çərçivəsində geniş PR fəaliyyəti, sosial media və şəbəkələrdə təbliğati işlər və gənclərin karyera və məşğulluğuna dair 3 dildə (Azərbaycan, ingilis və rus) kitab nəşri də nəzərdə tutulur.
Xatırladaq ki, ADTGT Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və eləcədə digər milli və beynəlxalq donorların dəstəyilə ölkədə və ölkə xaricində çoxsaylı beynəlxalq layihələr icra etmiş və bu uğurlu fəaliyyətinə görə Azərbaycanda və Cənubi Qafqazda ilk QHT olaraq, Avropa Şurasının “Avropanın Fəal Gənc Vətəndaşı” Mükafatına layiq görülmüşdür.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar