Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilən əməkdaşların üzvlük vəsiqələri təqdim olundu

Tarix: 27-12-2018 14:18     Baxış: 3234 A- / A+
Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilən əməkdaşların üzvlük vəsiqələri təqdim olundu


Əhməd Cəmil, 41 ünvanında Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul olunmuş əməkdaşların üzvlük vəsiqələri təqdim edilib.


Aİİ rəhbərliyinin, müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor C.Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz rol oynayıb.

İnstitut rəhbəri ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor İnstitutun ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini vurğulayıb. C.Məmmədov onu da söyləyib ki, hər birimiz özümüzü dövlətin əsgəri hesab edir və göstərilmiş etimadı doğrultmaq üçün Aİİ heyəti olaraq var gücümüzlə çalışırıq.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. Qeyd edilib ki, inkişaf və müasirlik partiyası olan YAP-ın üzvü olmaq böyük məsuliyyət və şərəfdir.

Xatırladaq ki, 30 oktyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda – Əhməd Cəmil, 41 ünvanında Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatı yaradılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar