Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sərhədçilərimiz düşmənlə 70 metrlik məsafədə - VİDEO

Tarix: 26-12-2018 10:44     Baxış: 3225 A- / A+
Sərhədçilərimiz düşmənlə 70 metrlik məsafədə - VİDEO

Qazax istiqamətində düşmənlə üz-üzə yerləşən mövqelərin təmas xəttinin mühafizə və müdafiəsini Dövlət Sərhəd Xidməti həyata keçirir. Artq bir aydır ki, postları Müdafiə Nazirliyindən təhvil alan sərhədçilərimiz şəraitə uyğunlaşib və relyefə uyğun olaraq döyüş növbəsi aparırlar.


Manevr.az
-ın Xəzər TV-yə istinadən məlumatına görə, artıq düşmənlə 70 metr məsafədə sərhədçilərimiz keşik çəkir.

Müasir müşahidə cihazları ilə təmin olunan sərhədçilərimiz düşmənin yaşayış məntəqələrini və magistral yolunu da nəzarətdə saxlayır. Şəxsi heyətlə gündəlik mühafizə, müdafiə, əks həmlə və döyüş tapşırıqları üzrə nəzəri və praktiki dərslər keçirilir.

Ön xəttə xidmət aparan sərhədçilərimiz qısa müddətdə ən müasir texnika və mühafizə qurğuları ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan snayper tüfəngləri, iri çaplı pulemyot və fərqli taktiki-texniki xüsusiyyətlərə malik olan mina və qumbaraatanları da Qazax sərhəd dəstəsinin arsenalında yer alır.

Təmas xətti boyunca bütün məntəqələrdən düşmənin istənilən postunu snayperlər daim müşahidə edir.

Əsgərlərin məişət və xidmət şəraiti də diqqət mərkəzindədir. Bu isə əsgərlərin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün vacib şərtdir.

Bununla bərabər sərhəd xəttində döyüş postlarının və məntəqələrin yenidən qurulması prosesi davam edir.

Qazax və Ağstafa istiqamətində artıq bir neçə məntəqədə yenidənqurma və tikinti işləri başa çatmaq üzrədir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar