Xəbər lenti
Qubada gənc ana üçəm dünyaya gətirib
Quba rayon Alpan kənd sakini 24 yaşlı Şəbnəm Əkbərovanın üçəm körpələri dünyaya gəlib. Dekabrın 8-də doğulan körpələrdən ikisi qız, biri oğlandır.
Vaxtından əvvəl doğulan (hamiləliyin 30-cu həftəsində) uşaqların vəziyyəti olduqca ağır olub. Doğularkən qız uşaqları 950 və 980 qram, oglan isə 1 kiloqram 450 qram çəkidə olub.
Yeni doğulan körpələr kuvezə yerləşdirilərək tənəffüs aparatına qoşulub. Üçəmlər yalnız bir həftədən sonra tənəffüs aparatından ayrılaraq sərbəst nəfəs almağa başlayıblar.
Şəhla Həsənova bildirib ki, təbii doğuşla dünyaya gələn körpələr hələ 10 günə kimi kuvezdə saxlanılacaq. Hazırda hər üç uşaq normal inkişaf edir. Körpələrin boyu və çəkisi artır.
Uşaqların anası Şəbnəm Əkbərova müvafiq müalicələrdən sonra xəstəxanadan evə buraxılıb. Bu, gənc ananın ilk hamiləliyidir./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar