Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda öldürülən iş adamı ilə bağlı - Şok iddia

Tarix: 25-12-2018 17:18     Baxış: 3384 A- / A+
Bakıda öldürülən iş adamı ilə bağlı

Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, iş adamı Fariz Vahabovun qətlinın yeni detalları məlum olub.

Manevr.az
-ın teleqraf.com-a istinadən əldə etdiyi xəbərə görə, Fariz Vahabovun seksual manyak olduğu iddia olunur.

Məlumata görə, Fariz Vahabov yaşadığı binanın qadınlarını videoya çəkib, onları şantaj edib. Hətta onun öz həyat yoldaşının da intim videosunu çəkdiyi və həmin videonu digər şəxslərə göndərdiyi bildirilir.

Bundan başqa, Fariz Vahabovun qadınları şantaj etməklə onlarla intim əlaqədə olması barədə iddialar var.

Buna görə də Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb.

Bu qətl hadisəsi ilə bağlı həbs olunan olmasa da, hadisənin baş verdiyi ərazidə olan şəxslərin ifadəsi alınıb. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olduğunu təsdiqlədikləri bildirilir.

Ərazidə olan kameralar vasitəsilə araşdırma aparılsa da, Fariz Vahabovun qətlini törədən şəxs müəyyən edilməyib.

Qeyd edək ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus “Hunday” markalı avtomobilində naməlum şəraitdə güllələnib.

Fariz Vahabov hadisə yerində ölüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun bədənində güllə xəsarəti ilə yanaşı bıçaq xəsarətləri də aşkarlayıblar.

Ehtimal olunur ki, Fariz Vahabov avtomobilində bir neçə nəfərlə mübahisə edib. O, əvvəlcə bıçaq xəsarəti alıb, daha sonra güllələnərək qətlə yetirilib.

İstintaq araşdırması zamanı Fariz Vahabovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olması üzə çıxıb. O, nazirlik ləğv edilməmişdən əvvəl orqandan xaric edilib.

O, həmin vaxtdan biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.

İlkin ehtimala görə, Fariz Vahabov pul mübahisəsi üstündə öldürülüb.

Fariz Vahabovu qətlə yetirən şəxs və ya şəxslərin kimliyi müəyyən edilməyib. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ilkin olaraq cinayət işi başlansa da, iş sonradan alınaraq araşdırılması üçün Bakı şəhər Prokurorluğuna təqdim olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar