Xəbər lenti
Bakıda şok – Ərinin xəyanətini yaxalayan qadın gecəni başqa kişi ilə oteldə keçirdi
Ərinə yuxu dərmanı verərək evdən qaçdığı iddia olan Həsənova Pəri Güləhməd qızı haqqında qayınanası şok fikirlər səsləndirib.
Arzu adlı qadının sözlərinə görə, Pəri evdən qaçdığı gün gecəni Röyal adlı qohumları ilə Gürcüstanda oteldə keçirib.
Pəri isə iddiaları rədd edərək Röyalın sadəcə ona bilet aldığını söyləyib.
Qeyd edək ki, Pəri aldadılaraq Türkiyəyə aparıldığını və polisin yardımı ilə Azərbaycana qayıtdığını qeyd edib:
"Mən parkda oturub ağlayırdım. Bir oğlan mənə yaxınlaşıb, kömək təklif etdi. Sonra məni bir otelə yerləşdirdi. Ona iş axtardığmı bildirdim. Səhər özlərini ər və arvad kimi təqdim edən bir cütlük otelə gəldi. Məni öz evlərinə apardılar. Mən onların 11 aylıq uşaqlarına baxmağa başladım. Polis evə basqın etdi və mən könüllü olaraq təslim oldum".
Pəri ərinin və qayınanasının zülmlərindən baş götürüb getdiyini açıqlayıb. O, bildirib ki, əri başqa qadınlarla ona xəyanət edib.
Qeyd edək ki, ərinə yuxu dərmanı verərək səhər tezdən evdən çıxaraq gedən gəlinin Gürcüstana getdiyi və oradan Türkiyəyə yola düşdüyü bildirilib. Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinin apardığı axtarışlar nəticəsində onun həqiqətən də Türkiyədə olduğu təsdiqlənib. Verilişin çəkiliş komandası Gürcüstanda olub. Tbilisi avtovağzalında onu tanıdığını iddia edən kişi Pərini bir oğlanla qol-boyun gördüyünü bildirib.
Lakin Pərinin anası onun evdən çölə çıxmayan, ailəsinə bağlı qadın olduğunu bildirib. O, qızının aldadılaraq Türkiyəyə aparıldığını söyləyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar