Xəbər lenti
Alimlərin gəldiyi nəticə: varlı insanlar kasıblardan 9 il çox yaşayır
Luvenski Katolik Universitetinin alımləri "belçikalıların ölümə qarşı bərabərliyinə" dair məsələni tədqiq ediblər
Manevr.az Azərtac-a istinadən bildirir ki, tədqiqatın nəticələri imkanlı siniflərin və kasıb əhalinin səhhəti arasında təzadların "varlı və sağlam olmaq daha yaxşıdır" deyiminin doğruluğunu təsdiqləyir. Belə ki, ömrün gözlənilən uzunluğu varlılara nisbətən kasıb qadınlarda 6,6 il, kişilərdə isə 9,1 il qısadır.
1991-2016-cı illər ərzində əhalinin milli registrinə daxil edilən fərdi məlumatları, həmçinin 1991, 2001 və 2011-ci illərdə keçirilən siyahıyaalmanın nəticələrini və ölüm haqqında şəhadətnamələri araşdıran alimlər sosial siniflər arasında böyük fərqlərin mövcud olduğunu müəyyən ediblər. Tədqiqatların nəticələrinə əsasən, daha yaxşı sosial-iqtisadi vəziyyətdə olan, daha yüksək təhsil səviyyəsinə malik və daha keyfiyyətli mənzillə təmin olunan insanlar sosial təminatın digər tərəfində olanlara nisbətən xeyli çox yaşayır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar