Xəbər lenti
Zaqatalada 2-ci sinif şagirdi özünü niyə asıb? - Əlaçı imiş

Zaqatala rayonunda 2-ci sinif şagirdinin intiharının bəzi məqamları məlum olub.
Manevr.az xəbər verir ki, rayonun 3 saylı məktəbindən aznews.az-a verilən məlumata görə, Eşqin Əhmədovun ölümünün internetdə yayımlanan "Mavi balina” oyunu ilə heç bir əlaqəsi yoxdur:
"Onlar ailədə iki uşaq idi. Eşqin əlaçı idi. Dərsə davamiyyətli, nümunəvi, deyən-gülən, şən bir şagird olub. Səhhətində də hər hansı problem olmayıb. Hadisə dekabrın 22-də baş verib. Onun intiharının məktəblə heç bir bağlantısı yoxdur. Hazırda istintaq gedir, yəqin ki, Eşqinin intihar səbəbi aydınlaşacaq. Amma onu deyə bilərəm ki, Eşqinin ölümünün "Mavi balina” oyunu ilə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Zaqatalada intihar hadisəsi qeydə alınıb. Rayonun 3 saylı orta məktəbinin şagirdi Eşqin Əhmədov özünü həyətlərindəki ağacdan asıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































