Xəbər lenti
“Şöhrət projektorunun işığı…” – Aydın Mirzəzadədən sərt etiraz
“Cəmiyyət qarşısında heç bir xidməti olmayan bir şəxs çıxıb milləti söyür. Cəmiyyət qarşısında heç bir xidməti olmayan digər şəxs mənəvi dəyərlərimizi ələ salır. Daha bir şəxs dillə deyilməsi mümkün olmayan bir yaramaz hərəkət edir. Dərhal onların hərəkəti haqqında əksər saytlarda geniş məlumat yayılır. Televiziyalar geniş reportajlar hazırlayır, sosial şəbəkə ancaq bu mövzudan danışır. Hətta həmin şəxslərin adı ölkə parlamentində səslənərək ölkəyə tanıdılır”.
Manevr.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, belələrini başğışlamaq mümkün deyil: “Çünki onlar hərəkətləri ilə özlərini artıq cəmiyyətlə üzbəüz qoyublar.
Ancaq layiq olmadıqları halda məşhurlaşdırılır, onlara az adama qismət olan ictimai tribuna verilir. Hətta bu, azmış kimi, onların cəmiyyətin etirazına “əcəb etmişəm” deyə geniş cavab müsahibəsi də tirajlanır. Şəkilləri də bir qayda olaraq güləyən, hamıya iztehza edən formada verilir.
Bizə elə gəlmirmi ki, onların məşhurlaşmasına, anti-milli fikirlərinin yayılmasına dəstək veririk, onların cəmiyyətə meydan oxumasına şərait yaradırıq?! Bu azmış kimi təsadüfi insanın şöhrət qazanmasını görərək, daha bir neçə nəfər “mən də elə düşünürəm” deyərək şöhrət projektorunun işığının indi də onlar tərəfə yönəlməsini tələb edirlər”.
Aydın Mirzəzadə qeyd edib ki, bu cür insanların cəmiyyətə çıxışına, zərəli fikirlərinin yayılmasına maneələr olmalıdır: “Onlar ictimai tribunalar yaxın düşə bilməməlidir. Bunun əvəzinə isə hər birimiz onların özlərini sərbəst hiss etməsinə, yaşadığı cəmiyyəti ələ salmasını davam etməsinə yardımçı oluruq”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar