Xəbər lenti
Baş Prokurorluq: "Fariz Vahabov DTX-nin keçmiş Aparat rəhbəri ilə qohum deyil"
Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.
Manevr.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov trend-ə bildirib ki, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur.
E.Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, dekabrın 20-də naməlum şəxs Fariz Vahabova yaşadığı evin həyətində bir neçə dəfə atəş açıb. O, hadisə yerindəcə ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kimliyini müəyyənləşdirirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar