Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirdən tələbələrə ŞAD XƏBƏR

Tarix: 21-12-2018 12:24     Baxış: 3287 A- / A+
Nazirdən tələbələrə ŞAD XƏBƏR

"Tələbələrin birinci qurultayından ötən dövr ərzində yeni strategiya və konsepsiyalar qəbul edilib. Təhsilin məzmunu, maliyyələşmə, infrastruktur beynəlxalq tələblərə uyğunlaşıb. Təhsil alanların əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasına xüsusi diqqət yetirilir".
Manevr.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrin II qurultayında çıxışı zamanı deyib. Nazir bildirib ki, universitetlərin kadr potensialı gücləndirilib, ali təhsilin əlçatanlıq imkanı genişləndirilib. Onun sözlərinə görə, 2016-cı ildən ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüd almaq imkanının yaradılması tələbələrin stimullaşdırılması üçün əhəmiyyətli addım hesab edilə bilər.

Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda - 41 minə yaxın gənc tələbə adını qazanıb: "Onlardan 3127 nəfəri 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb, 2090 nəfər 500-dən yüksək bal toplayaraq müəllim ixtisasını seçib. Təhsilin əlçatanlığını təmin etmək məqsədilə 2019-2020-ci tədris ilində dövlət sifarişli yerlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Tələbələri sevindirəcək daha bir yenilik, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 yerlik müasir yataqxananın tikintisinin tam başa çatması xəbəridir. Bina tələbələrin ixtiyarına verilmək üçün tam hazırdı. Sumqayıt, Gəncə şəhərlərində mövcud yataqxana binaları əsaslı təmir edilir. C.Bayramov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib. Nazir bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır: "Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar