Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Gülən şəklimin altında "Əşi, hələ xərçəngdən sağalan olmayıb" deyə ölüm fərmanı verdilər..."

Tarix: 20-12-2018 18:11     Baxış: 2190 A- / A+
"Gülən şəklimin altında "Əşi, hələ xərçəngdən sağalan olmayıb" deyə ölüm fərmanı verdilər..."

"Kimisi gülən şəklimin altında ”Əşi, hələ xərçəngdən sağalan olmayıb” deyə ölüm fərmanı verən alın nəqqaşıtək yazılar yazdı".

Manevr.az xəbər verir ki, bu sözləri xərçəngə qalib gələn tanınmış vəkil Zülfiyyə Bayramova deyib. O amansız xəstəliklə mübarizə apardığını bilənlərin ona qarşı rəftarından söz açıb:
"Həyatımın arxada qalan, amma yaddaşımın bir küncündə ömürlük həkk olunmuş 9 ay. Mən bu 9 ayda nələr yaşa(ma)dım? “Bədxassəli şiş var sizdə“ deyən həkimin qarşısında əllərimi açıb “Şükür sənin məsləhətinə, ya Rəbbim” deyəndə, önümdəkinin təəccübündən başladı qeyri-adiliklər. Kimi xəstəliyimin keçici ola biləcəyindən ehtiyatlanıb məndən uzaq gəzdi. Bəzisi sanki indi öləcəkmişim kimi mənə ürəyi yanıb “Yazıq, nə yaşı var” dedi, elə yanaşdı mənə. “Bizim bir tanış var, 15 ildi yaşıyır, hələ də top kimidir” deyənlər də oldu və bununla sanki ömrümün gələcək 15 ilini qarantiləmək istədi. Məni görüb pıçıldayanların sayı-hesabı olmadı. Nə dediklərini eşitməsəm də mütləq öləcəyimi müzakirə etdiklərini anladım. Elə bilirsiniz təbəssümümü saxta adlandıranlar tapılmadı? Yoxsa gülüşümü kənara qoyub gözümdə kədər axtaranlar az oldu? Kimisi gülən şəklimin altında ”Əşi, hələ xərçəngdən sağalan olmayıb” deyə ölüm fərmanı verən alın nəqqaşıtək yazılar yazdı. Kimi “Xəstə deyil, özünü reklam edir” dedi... Və sair, və ilaxır. Bu hələ yadda qalanlardır. Azərbaycan sərhəddini keçəndə mənə göstərilən qayğı, Türkiyə sınırında sərhədçi qızın pasport şəklimə baxıb, ”Bu sizmisiniz? Lütfen şapkanızı çıkarın” deməsi, başımı açarkən isə zavallı qızcığazın qeyri-ixtiyari ayağa qalxıb üzr istəməsi içimi paramparça etdi. Bax beləcə özləri də bilmədən, istəmədən qəlbimi qırdılar. Amma mən daim gülümsədim"/big.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar