Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağdaşda doğulub, sürgündə ad çıxaran azərbaycanlı: Ona "Şekspir" deyirlər

Tarix: 20-12-2018 17:32     Baxış: 2293 A- / A+
 Ağdaşda doğulub, sürgündə ad çıxaran azərbaycanlı:

Bu gün “Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti, Azərbaycan Mətbuat Mərkəzi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin sədri Vüqar Səfərli, ATEV başqanı Tənzilə Rüstəmxanlı, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan Əflatun Amaşov Maqsud Şeyxzadənin həyat yolundan bəhs edib. Amaşovun sözlərinə görə, 1908-ci ildə Ağdaşda anadan olan Maqsud Şeyxzadə məktəbi bitirdikdən sonra Bakıya yollanıb. Bakı Pedeqoji Məktəbində təhsilini başa vuran Şeyxzadə müəllim işləmək üçün Dağıstana gedib. Burada baş verən olaylarda yaxından iştirak etdiyi üçün Özbəkistana sürgün edilib. Amaşov çıxışında Maqsud Şeyxzadənin yolundan dönmədiyini bildirib. Millət vəkili qeyd edib ki, Özbəkistan ədəbiyyatının klassiki olan Şeyxzadənin milli hissi onu daima önə çəkib. Bu gün də onun əsərləri Özbəkistanda tamaşaya qoyulur. Azərbaycana bir köynək yaxın olan Şeyxzadə Özbəkistan ədəbiyyatına sərbəst vəzni gətirməklə yanaşı, dramaturgiyanın əsasını qoyanlardandır.

Amaşovun çıxışından sonra Maqsud Şeyxzadəyə həsr olunan “İki xalq iftixarı” adlı sənədli film təqdim edilib.

Çıxış edən fəlsəfə doktoru Sona Əliyeva isə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda gördüyü işlərdən danışıb. Əliyeva qeyd edib ki, Özbəkistanda böyük tərcümə mərkəzi yaradılıb. Bununla da hər iki ölkənin ədəbiyyatı tərcümə edilərək ictimaiyyətə təqdim olunur. Əliyeva qeyd edib ki, bu, Maqsud Şeyxzadənin qoyduğu ənənənin davamıdır. O, çıxışının sonunda Maqsud Şeyxzadə kimi şairlərin bölünmədiyini, türk dünyasına məxsus olduğunu bildirib.

Qeyd edək ki, Maqsud Şeyxzadə Özbəkistan ədəbiyyatının Şekspiri hesab olunur. yenicag.az

Manevr.az

 Ağdaşda doğulub, sürgündə ad çıxaran azərbaycanlı:



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar