Xəbər lenti
ADU-da “masajçı skandalı”: o qadın kimdir? - Sensasiya
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladan mediaya şikayət dolu məktublar göndərən Elmira Baxşəliyevanın üslubu ciddi marağa səbəb olub.
Şikayət məktubunu yazan və 50 ildir ali məktəbdə çalışan peşəkar kadr olduğunu bildirən E.Baxşəliyeva qeyd edir:
“Yaşadığım problemin əsas səbəbi universitetdə yerlərinin boşaldılması, müəssisədə vəzifələrin satılmasıdır (1). Kamal Abdullayevin rektor təyin olunandan bəri ADU-ya 200-dən artıq işçi qəbul edib (2). İşə qəbul olunanların nə peşəkarlıq keyfiyyətləri, nə də ki ixtisasları universitetin profilinə uyğun gəlmir (3). Xarici dil müəllimi hazırlayan universitetdə hazırda dil mütəxəssislərinin sayı nisbi götürüldükdə tədricən azalmaqdadır... (4)”
Diqqət edirsinizsə, həm ilk cümlədə (“yerlərinin boşaldılması”), həm də sonrakı cümlədə (“Kamal Abdullayevin… işçi qəbul edib”) ciddi üslub xətası var. Üçüncü cümlədə də eyni və daha ciddi səhvi müşahidə etmək olar. Belə ki, “nə peşəkarlıq xüsusiyyətləri, nə də… uyğun gəlir” olmalıdır və xəbərin inkarda işlədilməsi savadsızlıqdır.
Dördüncü cümlə isə ümumiyyətlə rüsvayçılıqdır və ali təhsil müəssisəsində 50 ildir çalışan kadrın bütün intellektini ortaya qoyur.
Digər tərəfdən, E.Baxşəliyeva 50 ildir bu ali təhsil müəssisəsində çalışdığını bildirməklə, əslində, onun işdən çıxarılması gərəkdiyini özü birbaşa təsdiqləyir. Çünki özünün də qeyd etdiyi kimi, E.Baxşəliyeva tədrislə məşğul deyil, kadrlar şöbəsində çalışır və onun pensiya yaşının çatdığı yox, pensiya yaşının artıq çoxdan bitdiyi məsələsi müzakirə mövzusu ola bilər.
E.Baxşəliyeva ilə bağlı redaksiyamıza daxil olan məlumat isə həqiqətən şokedicidir. Təsdiqlənmiş məlumata görə, E.Baxşəliyeva orta təhsillidir və uzun illərdir ki, bu ali təhsil müəssisəsində “masajçı sertifikatı” ilə çalışırmış. ADU-nun yeni rəhbərliyi bu faktı aşkar etdikdən sonra onun kadrlar şöbəsindən xaric olunmasına qərar verib və qarşı tərəf də buna görə məhkəməyə müraciət edib.
ADU-nun mətbuat katibi Ağa Cəfərli mediaya açıqlamasında hazırda E.Baxşəliyevanın məhkəmə iddiası səbəbindən əlavə açıqlama vermək istəmədiyini bildirib.
O ki qaldı Kamal Abdullanın korrupsiya və ya rüşvətdə ittiham olunmasına, bu absurd “ittihamların” ictimaiyyətdə təkcə elmi, yüksək intellekti ilə deyil, həm də işlədiyi müəssisələrdə tələbə və müəllimlərin “cibində” gözünün olmaması, əksinə, onlara maddi və mənəvi dəstək göstərməsi, ədalətli, şəffaf idarəçiliyi, istedadlı kadrları üzə çıxarması ilə tanınan, bütün təhsil sistemində hər zaman nümunə kimi göstərilən rektora qarşı böhtan olduğuna heç bir şübhə yoxdur. Kamal Abdullanın 14 il rəhbərlik etdiyi Bakı Slavyan Universitetindəki xidmətləri hələ də dillərdədir və cəmi bir il öncə Azərbaycan Dillər Universitetinə təyinat almasına baxmayaraq, burda tələbələrlə səmimi münasibəti, onlara göstərdiyi misilsiz qayğı ilə ADU-da keçmiş rəhbərlik zamanında yaranmış və ciddi narahatlıq yaradan gərginliyi qısa müddətdə aradan qaldırması, sağlam bir mühit yaratması göz önündədir.
Kamal Abdulla Azərbaycanın nüfuzlu alimi və yazıçısı olmaqla bərabər, çoxlu sayda alimin, eyni zamanda, millətə və xalqa gərəkli ziyalıların yetişməsində müstəsna xidməti olan şəxsdir. Belə dəyərli alimi və ziyalını isə yalnız “masajçı” ləkələməyə cəhd edə bilər./kult.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar