Xəbər lenti
Azərbaycanda su qıtlığı yarana bilər - Buzlaqlar sürətlə əriyir
Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsi ilbəil azalır.
Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan gələn sulardır:
"Su qıtlığı böyük və aktual problemlərdən biridir. Bildiyiniz kimi, Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan gələn sulardır. Milli Hidrometeorologiya Departamenti tərəfindən hər il Böyük və Kiçik Qafqaz dağlarında qar ölçmə işləri aparılır.
Müşahidələr göstərir ki, qar xətti ilbəil yuxarıya doğru hərəkət edir və buzlaqların əhatə etdiyi sahə azalır. Bu, o deməkdir ki, respublikamızda formalaşan dağ çaylarında sululuq təhlükə altındadır. Bu baxımdan, su ehtiyatlarının qorunması, itkilərin aradan qaldırılması çox əhəmiyyətli və böyük bir problemdir”.
Umayra Tağıyeva qeyd edib ki, məsələ barədə müəyyən işlər görülməlidir:
"Təəssüf ki, bəzi hallarda içməli su texniki su kimi istifadə olunur, israfçılıq edilir. Buna görə də su ehtiyatlarına qənaətlə yanaşmaq lazımdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar