Sizin Reklam Burada
Xəbər lenti
03-08-2026
02-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşüb

Tarix: 14-12-2018 14:42     Baxış: 4289 A- / A+
“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xəzər rayonunun Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub.
Məcburi köçkünlər mənzil-məişət problemləri barədə komitə sədrinə ətraflı məlumat veriblər. Onların müraciətləri diqqətlə dinlənilib, sualları cavablandırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onların məşğulluğunun, maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda həyat üçün təhlükəli və qəzalı binalarda məskunlaşmış, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsi barədə tapşırıq verib.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.modern

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar